Dünya çempionatı start götürür: Qətərlə Ekvador üz-üzə...



 16:38 20.11.2022     330

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

Demedia.az-ın məlumatına görə, sayca 22-ci olacaq mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik "El-Bayt" stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək. Görüşdən əvvəl açılış mərasimi gerçəkləşəcək.