DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın etdi
Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura yekun vurulub.
Demedia.az-ın məlumatına görə, qrupun 2-ci oyununda Fransa millisi Avstraliyanı darmadağın edib - 4:1.
Hesabı 9-cu dəqiqədə Kreyq Qudvinin vurduğu qolla avstraliyalılar açıblar. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru fransalıları hesabda önə keçirib. 68-ci dəqiqədə Kilian Mbappe 3-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 71-ci dəqiqədə Jiru qoyub.
Bu nəticədən sonra son dünya çempionu 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu sırada qərarlaşıb.