DÇ-2022: Qətər millisi CAR-ın antirekordunu təkrarladı
Qətər millisi dünya çempionatları tarixində qrupda qalan ikinci ev sahibi komanda olub.
Demedia.az-ın məlumatına görə, A qrupunun II turunda Seneqala 1:3 hesabı ilə uduzan Asiya təmsilçisi 1/8 finala çıxmaq şanslarını itirib.
Feliks Sançes Basın başçılıq etdiyi kollektiv qrupdakı ilk matçında Ekvadora uduzub - 0:2.
Qeyd edək ki, daha əvvəl Cənubi Afrika Respublikası (CAR) yığması 2010-cu ildə qəbul etdiyi mundialda qrup mərhələsini adlaya bilməyib.