DÇ-2022: Kamerun - Serbiya oyununda 6 qol vuruldu
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.
Demedia.az-ın məlumatına görə, günün ilk matçında G qrupunda Kamerun və Serbiya komandaları üz-üzə gəliblər.
Qarşılaşma 3:3 hesabı ilə bitib. Afrikalıların qollarını 29-cu dəqiqədə Jan-Şarles Kastelletto, 64-cü dəqiqədə Vinsent Abubakar və 66-cı dəqiqədə Erik Çupo-Motinq vurub.
Avropa təmsilçisində 45+1-ci dəqiqədə Strahinya Pavloviç, 45+3-cü dəqiqədə Sergey Milinkoviç Saviç və 53-cü dəqiqədə Aleksandr Mitroviç fərqlənib.