Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu oldu

 13:14 01.12.2022     304

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi 2022-ci ilin ilk 11 ayında beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub.

Demedia.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, 35 yaşlı hücumçu bunu Qətərdə keçirilən dünya çempionatda iki qola imza atmaqla əldə edib.

Paris təmsilçisi ilə UEFA Çempionlar Liqasında 4 qola imza atan forvard yığmanın heyətində 13 dəfə fərqlənib. Onun klubdakı komanda yoldaşı, Fransa millisinin üzvü Kilian Mbappe 16 qolla (9 klub, 7 yığma) ikinci sırada qərarlaşıb.

Mövsümün əvvəlində Almaniyanın "Borusiyya" (Dortmund) klubundan İngiltərə "Mançester Siti"sinə keçən Erlinq Holann (5 klub, 9 yığma) və İngiltərə "Liverpul"undan Almaniya "Bavariya"sında keçən Sadio Mane (6 klub, 8 yığma) 14 qolla növbəti pillələrdə qərarlaşıblar.

  Futbolçu Klub Ölkə Qollar   Toplam
        ICC NT  
1 Lionel Messi PSJ (Fransa) Argentina 4 13 17
2 Kilian Mbappe PSJ (Fransa) Fransa 9 7 16
3 Erlinq Holann "Borussiya" (Dortmund, Almaniya), "Mançester Siti" (İngiltərə) Norveç 5 9 14
4 Sadio Mane "Liverpul" (İngiltərə), "Bavariya" (Almaniya) Seneqal 6 8 14