DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qaldı



 21:16 01.12.2022     439

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

Demedia.az-ın məlumatına görə, F qrupunun III turunda Belçika ilə qolsuz heç-heçə edən Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv xallarını 5-ə çatdıraraq ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

4 xalı olan "qırmızı şeytanlar" isə mundialla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala yüksəliblər.