Bu gün Azərbaycan derbisi keçiriləcək



 09:31 02.12.2022     414

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start veriləcək.

Demedia.az-ın məlumatına görə, günün yeganə matçında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

"Bakcell Arena"dakı qarşılaşma saat 21:00-da start götürəcək. "Ağ-qaralar" 32 xalla üçüncü pillədə qərarlaşıb. Lider "Qarabağ"ın 41 xalı var.

Bu, ölkə çempionatları tarixində 89-cu Azərbaycan derbisi olacaq. Əvvəlki matçların 35-də "köhlən atlar", 23-də paytaxt təmsilçisi qələbə qazanıb. 30 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə "Neftçi"nin aşkar üstünlüyü var - 107:80. "Qarabağ" çempionatdakı son beş oyunda rəqibinə qalib gəlib. Əvvəlki üç qarşılaşmada hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası

XVI tur

21:00. "Neftçi" - "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ömər Paşayev
"Bakcell Arena"

Qeyd edək ki, XVI turun "Qəbələ" - "Səbail" və "Sabah" - "Şamaxı" oyunları dekabrın 3-də, "Kəpəz" - "Sumqayıt", "Zirə" - "Turan Tovuz" görüşləri dekabrın 4-də olacaq.