Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub



 10:28 05.12.2022     293

Fransa millisinin futbolçusu Kilian Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk oyunçu olub.

Demedia.az Opta-ya istinadən məlumatına görə, Qətərdəki mundialda Polşa yığmasına 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında dubl edən hücumçu şəxsi göstəricisini yaxşılaşdırıb.

Forvard bu qollardan 4-nə cari dünya çempionatında imza atıb. O, qrup mərhələsində Avstraliya yığmasını 1, Danimarkanı isə 2 dəfə cəzalandırıb.

Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda da 4 qol vurmuşdu.

Bununla da ulduz futbolçu Argentina millisinin kapitanı Lionel Messi ilə dünya çempionatlarındakı qol sayını bərabərləşdirib. / Report