DÇ-2022: Lionel Messi favoritlərini açıqlayıb



 12:58 05.12.2022     339

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında favoritlərini açıqlayıb.

Demedia.az-ın məlumatına görə, 35 yaşlı hücumçu Braziliya və Fransa yığmalarının titula ən yaxın komanda olduqlarını düşünür.

Argentina millisinin kapitanı, xüsusən də, “pentakampeonlar”ın güclü oyunçulardan formalaşdığını söyləyib: “Kameruna məğlubiyyət istisna olmaqla, Braziliya çox yaxşı futbol oynayır. Onlar ən çox sevilənlərdən biri olmaqda davam edirlər. Həmçinin, topu qəbul edərkən nə etdiklərini çox dəqiq bilən Fransa da güclüdür. Bu iki komandanın şanslarını yüksək hesab edirəm”.

Qeyd edək Argentina yığması DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Niderlandla qarşılaşacaq. Fransa həmin mərhələdə İngiltərəyə rəqib olubsa, Braziliya millisi bu gün 1/8 finalda Cənubi Koreyanı sınağa çəkəcək.