Dünya çempionatının 1/4 final mərhələsi başlayır

 13:48 09.12.2022     358

Bu gün Qətərdə futbol üzrə dünya çempionatının oyunları davam etdiriləcək. 

Demedia.az xəbər verir ki, mübarizədə 8 komanda qalıb.

1/4 final mərhələsini Xorvatiya və Braziliya açacaq, daha sonra isə Hollandiya və Argentina mübarizə aparacaq. Hər iki oyunun qalibləri bir neçə gündən sonra finala vəsiqə uğrunda oynayacaqlar.

Sabah - dekabr ayının 10-da Mərakeş və Portuqaliya milliləri yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq, daha sonra isə İngiltərə - Fransa matçı baş tutacaq.

Final oyunu isə dekabrın 18-də keçiriləcək.