İngiltərə millisinin baş məşqçisi istefaya göndərilməyəcək
İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt istefaya göndərilməyəcək.
Demedia.az-ın məlumatına görə, bu barədə İngiltərə Futbol Assosiasiyasının yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, yığma Qətərdə keçirilən dünya çempionatında mübarizəni dayandırsa da, məşqçilər heyəti komandanı mundiala yaxşı hazırlamışdı: "Futbolçular titulu qazanmaqda tam qərarlı idilər. Biz turnirlə vidalaşmamalı idik. Çox maraqlı və gənc komandamız var. Nəticədən asılı olmayaraq, onlar DÇ-2022-dəki çıxışları ilə fəxr etməlidirlər".
Xatırladaq ki, İngiltərə yığması 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq, dünya çempionatında mübarizəni dayandırıb. Sautgeytin milli komanda ilə 2024-cü ilin yayınadək müqaviləsi var.