Messi Argentina millisinin son məşqini buraxdı



 09:07 16.12.2022     577

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatının final oyununa hazırlaşan Argentina millisinin son məşqini buraxıb.

Demedia.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun sol ayağında zədəsi var.

Xorvatiyanı 3:0 hesabı ilə darmadağın etdikləri yarımfinal matçında bud nahiyyəsindən xəsarət alan forvardın durumu barədə rəsmi məlumat verilmir.

Messi finala vəsiqə qazandıqları görüşdən sonra mətbuata müsahibəsində hər şeyin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransa ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.