XXI əsrin təqvim illərində millidə ən çox qol vuran FUTBOLÇULAR



 21:50 17.12.2022     442

XXI əsrin təqvim illərində milli komandaların heyətində ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Demedia.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, cədvələ il ərzində yığmada ən azı 15 qol vurmuş oyunçular salınıb.

Siyahıdakı 12 futbolçudan yalnız biri – Argentina yığmasının kapitanı Lionel Messi göstəricisini yaxşılaşdırmaq imkanına malikdir. Bu il millinin heyətində rəqib qapılarına 16 dəfə yol tapan 35 yaşlı hücumçu Qətərdə keçirilən dünya çempionatının finalında dekabrın 18-də Fransa seçməsinə 3 qol vurarsa, rekorda şərik olacaq. Çünki bu baxımdan ən yüksək göstəriciyə malik olan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Ali Mabxut 2019-cu ildə 19 qola imza atıb.

 

Futbolçu

Yığma

Qol

İl

Oyun

1

Ali Mabxut

BƏƏ

19

2019

14

2

Moxammad al-Saxavi

Səudiyyə Ərəbistanı

18

2015

10

3

Kevin Parsemain

Martiniki

18

2012

17

4

Hani al-Dabit

Oman

18

2001

28

5

Əli Dai

İran

17

2004

16

 

Memfis Depay

Niderland

17

2021

16

7

Kyatisuk Senamuanq

Tailand

17

2001

22

8

Arçi Tomson

Avstraliya

16

2001

7

9

Lionel Messi

Argentina

16

2022

13

10

Harri Keyn

İngiltərə

16

2021

16

11

Neymar

Braziliya

15

2014

14

12

Şinji Okazaki

Yaponiya

15

2009

16