Hər kəsin gözlədiyi transfer reallaşır - Ronaldo bu kluba keçir

 14:25 23.12.2022     3350

"Əl Nəsr" klubu Kriştiano Ronaldonu heyətinə qatmaq üçün sayılı günlər qaldığını bildirib.

Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, futbol tarixinin ən böyük transferlərindən birini reallaşdırmağa hazırlaşan "Əl Nəsr" Kriştiano Ronaldonu heyətinə qatmaq üçün gün sayır. 

Səudiyyə Ərəbistanı yığmasının portuqaliyalı ulduzla anlaşması "Fənərbağça”nı həyəcanlandırıb. Uzun müddətdir Vinsent Aboubakarı öz komandasına qatmaq istəyən klub Ronaldonun komandaya qoşulması ilə klubun kamerunlu hücumçunun gedişinə icazə verməsini gözləyir.

Aboubakarla prinsipial razılığa gələn "Fənərbaxça" hücumçunu icarəyə götürmək istəyir. 

La Liqa təmsilçisi "Valyecano"nun da kamerunlu ulduzla maraqlandığı, lakin onların bu transfer üçün rəsmi cəhd göstərmələri ehtimalı az olduğu bildirilir.