Türkiyə millsinin üzvü "Atletiko" ilə razılığa gəldi
"Lester"in müdafiəçisi Çağlar Söyüncü "Atletiko" ilə razılığa gəlib.
Demedia.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira özünün "Tvitter" hesabında yazıb. Türkiyə millisinin üzvü Madrid təmsilçisi ilə 2027-ci ilin iyun ayına kimi hesablanmış şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu transferin yayda gerçəkləşəcəyi bildirilib.
Qeyd edək ki, Söyüncünün "Lester"lə müqaviləsi bu mövsümün sonu başa çatır.