Joze Mourinyo Portuqaliya millisinin təklifini rədd etdi



 18:00 25.12.2022     320

İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin sükanı arxasına keçməkdən imtina edib.

Demedia.az "Jurnal de Noticias" nəşrinə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis fəaliyyətini klub səviyyəsində davam etdirmək istədiyi üçün bu addımı atıb.

Portuqaliyalı baş məşqçinin "canavarlar"la 2024-cü ilin yayınadək müqaviləsi var. O, sözləşmənin sonunadək paytaxt təmsilçisində qalmaq niyyətindədir.

Beləliklə, 2011-ci ildən U-21 yığmasının sükanı arxasında olan Rui Xorxenin müvəqqəti olaraq əsas komandaya rəhbərlik etmək ehtimalı yüksəkdir.