“WhatsApp” 5,5 milyon avro cərimələndi



 11:27 20.01.2023     484

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası şəxsi məlumatlarla işləyərkən Avropa İttifaqının məxfilik qaydalarını pozduğuna görə “WhatsApp” messencerinin işindən məsul olan şirkəti 5,5 milyon avro cərimələyib.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə tənzimləyici rəsmi saytında məlumat yayıb.

“Məlumatların Mühafizəsi Komissiyası bu gün “WhatsApp” messencer xidmətlərinin göstərilməsi ilə bağlı “WhatsApp Ireland Limited” şirkətinə qarşı araşdırmanı başa çatdırıb. Avropa Ümumi Məlumatların Qorunması qaydalarını pozduğuna görə “WhatsApp Ireland Limited” şirkəti 5,5 milyon avro cərimələnib. Şirkətə, həmçinin altı ay ərzində məlumatların emalı əməliyyatlarını Avropa İttifaqının tələblərinə uyğunlaşdırmaq tapşırılıb”, - məlumatda deyilir.