Votsap pullu olur? – Şirkətdən açıqlama



 21:07 21.05.2021     689

Şərtlərinin qəbul olunmayacağı təqdirdə Votsapın pullu olacağı ilə bağlı yayılan məlumatlar doğru deyil.

Nexeber.az xəbər verir ki, bu barədə Votsapdan məlumat verilib.

Bildirilib ki, mayın 15-dən etibarən Votsapın yeni gizlilik qaydaları qüvvəyə minib.

“Dələduzlar da bundan istifadə edərək əksər istifadəçilərə, xüsusilə də təqaüdçülərə mesajlar göndərərək, tətbiqin pulla olacağını bildirirlər. Bunun baş verməməsi üçün isə həmin məlumatı 10 nəfərə göndərmələri tələb olunur. Bir sms-in qiyməti isə 0.01 avro təşkil edir. Bu cür mesajlar həqiqəti əks etdirmir. Bizim son yenilənməmiz Votsapın biznes funksiyaları ilə bağlıdır”, - məlumata bildirlib.