Telefon batareyalarını ən çox hansı proqramlar işlədir?



 18:51 26.05.2021     581

Mütəxəssislər telefon batareyalarını ən çox işlədən tətbiqləri müəyyənləşdiriblər.

“Daily Express”in məlumatına görə, araşdırma “pCloud” şirkəti tərəfindən aparılıb.

Batareyanı ən çox tükədən tətbiqlər sırasında ilk yerlərdə “Skype” və “Uber” (87 faiz), həmçinin “Facebook” (82 faiz) durur.

İlk onluğa “Instagram” və “Tinder”, habelə “Airbnb” (mənzil sifarişi xidməti) daxildir.

“WhatsApp”, “YouTube”, “Telegram” və “Zoom” isə nisbətən az enerji istehlak edir (77 faiz).

Şirkətdən bildirilib ki, əgər smartfona enerji ilə tam yüklənmə bir gün bəs etmirsə, həmin tətbiqləri silmək lazımdır.

Araşdırılan tətbiqlərin yüksək tələbatı həm batareyanın enerji tutumuna, həm böyük həcmdə yaddaşın istifadəsinə təsir edir ki, bu da cihazın məhsuldarlığını azaldır.