Quql yeni əməliyyat sistemini təqdim etdi


Quql şirkəti “IoT” (“Internet of Things” – əşyalar interneti) seqmenti üçün nəzərdə tutulmuş “Fuchsia” əməliyyat sistemini təqdim edib.
Nexeber.az xəbər verir ki, yeni əməliyyat sıfırdan yazılıb, “Fuchsia” sistemi “Zircon” adlı mikronüvə üzərində qurulub. Əməliyyat sisteminin hazırlanmasına 2016-cı ildə başlanılıb. Quql tərəfindən təqdim edilmiş açıq mənbə koduyla proqram təminatı “Linux”a əsaslanmır.
“Fuchsia 1.0” birinci nəsil “Nest Hub” smart ekranlarında əlçatan olacaq.