Yeni nəsil “Wi-Fi” çipləri: nə vaxt əlçatan olacaq?
![](/adv/turkiyede-mualice.gif)
![](https://img.demedia.az/news/2021/06/photo_1984.png)
“Qualcomm”, “MediaTek” və “Broadcom” şirkətləri “Wi-Fi 7” çiplərinin hazırlanmasına başlayıblar.
Nexeber.az "Lent.az” saytına istinadən yazır ki, məlumata görə, simsiz rabitə standartının növbəti nəsil çipləri məlumatların ötürülmə sürətini iki dəfə artıracaq. Bundan başqa, “Wi-Fi 6” və “Wi-Fi 6E” standartlarının varisi simsiz rabitənin əhatə dairəsini də genişləndirəcək.
Köhnə qurğular yeni nəsil çipləri dəstəkləyəcək. Mütəxəssislər “Wi-Fi 7” çiplərinin 2-3 il ərzində təqdim edilməsini gözləyirlər.