Bu smartfonlar zəlzələni müəyyən edəcək



 12:18 05.06.2021     624

"Xiaomi"nin yeni modelinin istehsalına hazırlıq gedir.

Nexeber.az xəbər verir ki, ağıllı smartfonun iş prinsipinə zəlzələni əvvəlcədən təyin edib istifadəçilərinə məlumat ötürmək də daxildir.

Məlumata görə, yeni sistem Çinin 25 fərqli şəhərində test edilib və 4 baldan yüksək 35 zəlzələni əvvəlcədən təyin edə bilib.

Smartfon bu prosesi xüsusi sensorlar və alqoritm ilə təyin edir.