Çindən əbədi enerji kəşfi - VİDEO



 14:46 23.01.2024     222

Çinin "Betavolt" şirkəti istehlakçılar üçün 50 illik istifadə müddəti olan atom batareyasının kəşfi haqda məlumat yayıb.

"Betavolt BV100" şirkətin nikel-63 izotopu və almaz yarımkeçirici materialdan istifadə edərək qurulan yeni nüvə batareyası texnologiyasından istifadə edərək buraxdığı ilk məhsul olacaq. "Betavolt" şirkətindən bildirilir ki, nüvə batareyası aerokosmik, süni intellekt cihazları, tibbi, MEMS sistemləri, ağıllı sensorlar, kiçik dronlar və robotlarda tətbiq olunacaq.

Bu isə o deməkdir ki, istehsalçılar heç vaxt şarj tələb olunmayan smartfon və avtomobillər istehsal edə biləcəklər.

Daha ətraflı burada tanış ola bilərsiniz

Aysun / Demedia.az