UBİSOFT TOM CLANCY’S XDEFİANT OYUNUNU ANONS ETDİ



 11:08 22.07.2021     491

Tom Clancy’s XDefiant oyununun ilk qapalı beta test mərhələsi 5 avqust tarixində başlayacaq

19 iyul tarixində Ubisoft birinci şəxs perspektivli şuter (first-person shooter ing.) janrında olan “Tom Clancy’s XDefiant” oyununu anons etdi. Ubisoft şirkətinə məxsus məşhur “Tom Clancy’s” oyun seriyasından olan növbəti şuter çoxnəfərlik oyun üçün nəzərdə tutulub. Buraxılışdan sonra oyunu tamamilə pulsuz əldə etmək və oynamaq mümkün olacaq. Hazırda isə 5 avqust tarixi üçün nəzərdə tutulmuş qapalı beta test mərhələsinə hazırlıq işləri görülür. Təəssüf ki, ilk mərhələdə yalnız ABŞ və Kanadada yaşayan PC platforması sahibləri iştirak edə biləcəklər. Lakin şirkətin rəsmi saytında verilən məlumata görə gələcəkdə növbəti mərhələlər də planlaşdırılır. Ümid edirik ki, bu mərhələlərdən birində Azərbaycan Respublikasında yaşayan şəxslər də iştirak edə biləcəklər. Bunun üçün isə artıq indidən sınaq mərhələsində iştirak üçün buradan qeydiyyatdan keçmək lazımdır.

“Tom Clancy’s XDefiant” oyununun buraxılış tarixi elan olunmasa da, PCPS4 / PS5Xbox One / Xbox Series X|S platformalarına buraxılacağı məlumdur. Oyunun əsas mövzusu müxtəlif qruplaşmaların bir-birilə mübarizəsindən bəhs edir. Oyunçu bu qruplaşmalardan və mövcud personajlardan birini seçərək onun bacarıqlarını öz oyununa uyğun tərzdə tənzimləyə bilər. Buraxılış zamanı oyunda “Wolves”“Outcasts”“Cleaners” və “Echelon” qruplaşmalarının olacağı gözlənilir. Yaradıcının sözlərinə görə gələcəkdə bu qruplaşmaların, personajların, oyunda olan silahların sayı artacaq və ümumi oyun məzmunu genişlənəcək.
Bu oyunda müxtəlif xəritələrdə 6×6 qarşılaşmalar, eləcə də şuter janrlarından bir çoxlarına tanış olan “Domination” və “Escort” kimi oyun rejimləri olacaq. Qeyd olunan məlumat oyunun ilkin beta test mərhələsinə az bir müddət qalmış verilib və gələcəkdə bu vəziyyətin yaxşıya doğru dəyişəcəyi, yəni oyunun çoxnəfərlik FPS şuter kimi inkişaf edəcəyi və vaxtaşırı əlavə məzmunla yenilənəcəyi gözlənilir.