Instagram təhqir və təqiblər ilə mübarizə üçün Limits adlı yeni funksiyanın testinə start verib



 10:42 24.07.2021     1000

 Instagram fotoservisi Limits adlı yeni funksiyanın testinə start verib. Sözügedən funksiya təhqir və təqiblər ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Hər hansısa Instagram istifadəçisi təqiblərə məruz qaldığı halda bu funksiya onun istifadəçi hesabını müəyyən müddətlik bloklayır. Bununla yanaşı Limits funksiyası vasitəsilə bəzi abunçilərə rəy yazmağı və mesaj göndərməyi bloklamaq olar.

    Bura həmçinin yeni abunəçilər və ümumiyyətlə abunə olmayan şəxslər də daxil ola bilərlər. Instagram təmsilçiləri qeyd ediblər ki, təhqiredici rəylər adətən köhnə istifadəçilər tərəfindən deyil, yeni hesablar yaratmış istifadəçilər tərəfindən yazılır. Bu üsul ilə həmin istifadəçilər təqib xarakterli əməlləri yerinə yetirirlər. Hal hazırda Limits funksiyası bir sıra ölkədə test edilir. Lakin Instagram funksiyanın test olunduğu ölkələrin siyahısını təqdim etməyib.