Xiaomi öz tarixində ilk dəfə dünyanın ən böyük smartfon istehsalçısına çevrilib



 14:32 09.08.2021     1178

 Hələ bir neçə il bundan öncə Huawei şirkəti öz arzusuna doğru irəliləməyə başlamışdı. Belə ki, o, Apple və Samsung şirkətlərini geridə qoyaraq bazarın ən böyük smartfon istehsalçısına çevrilməyi özünə məqsəd qoymuşdu. ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar olmasaydı, böyük ehtimal ilə bu baş verəcəkdi. Lakin ABŞ sanksiyaları vəziyyəti tamamilə dəyişdlər. Lakin bu vəziyyətdən Xiaomi istifadə edə bildi. Belə ki, o, bazarda Huawei şirkətinin yerini tutdu.

    Counterpoint Research analitik şirkətinin hesabatına əsasən Xiaomi iyun ayı üzrə dünyanın ən böyük smartfon istehsalçısı statusunu qazanıb. Belə ki, iyun ayında satılmış bütün smartfonların 17.1%-i Xiaomi-nin öhdəsinə düşür. Bununla belə Samsung-un bu məsələdə göstəricisi 15.7%, Apple şirkətinin göstəricisi isə 14.3% təşkil edir. Analitiklər qeyd ediblər ki, iyun ayında Xiaomi-nin satışları 26% yüksəlmişdi. Bu isə onu bir ay ərzində yüksək sürətlə böyüyən brendə çevirmişdi. Lakin buna baxmayaraq bu liderlik stabil deyil. Belə ki, Samsung şirkəti Vyetnamdakı istehsalat proseslərini bərpa etməyə başlayıb.