Elm adamları Yer planetindən Kosmosa uçan "mavi jet"in görüntüsünü yaydılar
Avropa Kosmik Agentliyi ötən il Yer planetindən fəzaya uçan mavi işıq axınının canladırılan görüntüsünü yayıblar.
Alimlər qeyd edirlər ki, mavi işıq seli qalın bulud təbəqəsinin üstündə toplandığı üçün onu yerdən müşahidə etmək mümkünsüzdür. Lakin elmi nəzəriyyələrə əsaslanaraq işıq selinin təsvirini əldə etmək mümkün olub.
Məlumat üçün bildirək ki, "Mavi jet" olaraq adlandırılan işıq seli 10 mikro saniyəlik güclü işıq saçma ilə müşahidə olunan, atmosferdə əlaqəyə girən radio dalğalar və elektronlar tərəfindən yaranan səmavi elektrik boşalmasıdır.