“iPhone 14” bu tarixdə satışa çıxarılacaq - QİYMƏTİ



 18:39 10.05.2022     737

Sentyabrda etibarən təqdim edilməsi planlaşdırılan "iPhone 14”-ün hər kəsdən gizlədilən qiyməti açıqlanıb.

Demedia.az xarici mediaya istinadən xəbər verir ki, ilkin açıqlamaya görə, "iPhone 14” Max-ın qiyməti 999 dollar təyin olunub.

Bundan sonra isə "iPhone 13 mini”dən (699 dollar) 300 dollar yüksək olmasını əks etdirən bu rəqəmin həqiqət olub olmadığı müzakirələrə səbəb olub. Daha sonra əlavə edilib ki, bu qiymət hər ölkədə onun vergi siyasətinə uyğun olaraq yüksək olacaq.

Apple şirkətinin baş analitiki Chris Casso açıqlamasında bildirib ki, yeni məhsullar çıxana qədər valyuta məzənnələri dəyişməzsə, Apple məhsullarının satışında artım olacaq. O, həmçinin qeyd edib ki, payızda yeni məhsulların satışa çıxarılması zamanı Apple-ın yerli valyutada qiymətləri qaldırması gözlənilir.

Qeyd edilir ki, "iPhone 14 Pro” və "iPhone 14 Pro Max” qiymətlərinin 100 dollarla 1099 dollar və 1199 dollar arasında artım olacağı gözlənilir. Eyni zamanda "iPhone 13 mini”nin (699 dollar) daha böyük ekranlı halı olan "iPhone 14 Max”ın da qiyməti 999 dollar təyin olunub ki, bu da 300 dollar artım deməkdir.