Apple zavodlarını Çindən çıxarır
Apple ilə Çin arasındakı gərginlik öz "bəhrə"sini verib.
Nexeber.az ted.az-a istinadən bildirir ki, Apple artıq iPhone 12 və yeni iPad modellərini Çində istehsal etməyəcək.
ABŞ və Çin arasındakı gərginlikdən dolayı sabiq prezident Donald Tramp Apple Çindəki istehsalat müəssisələrinin başqa ölkəyə daşınması üçün təzyi etmişdi. Artıq D.Tramp prezident olmasa da, Apple bu qərarı yerinə yetirməkdə qərarlıdır.
Belə ki, 2021-ci ilin ortalaeında Vyetnamda iPad istehsalına başlanılacaq. İlin ilk rübündə isə Hindistanda iPhone 12 istehsalına start verilməsi gözlənilir.