Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımland
Xiaomi Mi11 Pro smartfonunun yeni görüntüləri yayımlanıb.
Nexeber.az ted.az-a istinadən bildirir ki, cihaz Snapdragon 888 prosessorundan güc alacaq. Bundan başqa, telefonun arxa tərəfinin görüntüsü də dəqiqləşib. Smartfonun arxasında 4 kamera yer aldığı məlum olub.
İddiaya görə, cihaz 120Hz yeniləmə sürətinə və 480Hz toxunma həssaslığına, 6,81 düymlük ekrana, 3200×1440 görüntü imkanına və 515 PPI piksel sıxlığına sahib olacaq. Ekran, eyni zamanda DCI-P3 dəstəyinə malikdir. 1500nit-lik parlaqlıq göstəricisi ilə ən yüksək rəng aralığına sahib "ağıllı" telefon ünvanını daşıyacaq.
120W kabelli, 80W kabelsiz sürətli enerjiyığma texnologiyasına, 16 GB əməli yaddaşa ev sahibliyi edəcək modeldə 50 Mp-lik əsas kamera da olacaq. Buna 120x rəqəmli yaxınlaşdırma gücü olan Telefoto obyektli köməkçi və nisbətən daha kiçik ölçülü üçüncü kamera yoldaşlıq edəcək.