Koreyanın “Canavar” döyüş təyyarəsi - FOTO
Cənubi Koreya Müdafiə Tədarük Proqramı Agentliyi KF-X prototipinin aprel ayının sonunda təqdim ediləcəyini açıqlayıb.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, Cənubi Koreyanın hazırladığı döyüş təyyarəsinin prototipi montajın son mərhələsindədir.
Ölkə 2015-ci ildən bəri ən müasir döyüş təyyarəsi hazırlamaq üçün KF-X layihəsi üzərində işləyir.
2028-ci ilə qədər 40 belə təyyarənin orduya verilməsi nəzərdə tutulur.
Sözügedən layihənin dəyəri 7,3 milyard dollardır.