"Whatsapp"dan yenilik: Artıq onlayn olduğunuzu gizlədə bilərsiniz



 11:51 05.07.2022     618

"Whatsapp” istifaadəçilərin gözlədikləri funksiyaları təqdim etməyə davam edir.

Demedia.az xəbər verir ki, bundan sonra "Whatsapp” istifadə edənlər özlərinin onlayn olduqları barədə məlumatı hamıdan və ya yalnız müəyyən şəxslərdən gizlədə biləcəklər.

Hazırda istifadəçilər sonuncu dəfə aktiv olduqları barədə məlumatı gizlədə bilərlər, lakin onlayn olduqlarını göstərən məlumatın gizlədilməsi isə hələ ki, mümkün deyil.

Bu funksiyanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.