"İnstagram"da yeni qazanc mənbəyi: Video və şəkillər pullu olacaq
"İnstagram" bloqçularına yeni qazanc mənbəyi təklif edib.
Demedia.az xəbər verir ki, bundan sonra bloqçuların "reels" videoları, fotoları ancaq ödənilən pul məbləğində görüləcək.
Şirkətin rəhbəri Adam Mosseri bildirib ki, bu sosial şəbəkədə yeni məzmun yaradan şəxslər üçün bura bir biznesdir. Bunun üçün də yeni gəlir imkanları təklif edilir.
Belə ki, istifadəçilər bəyəndikləri, izlədikləri bloqçunun paylaşımlarını yalnız abunə olub, ödəniş etdikdən sonra görə biləcəklər. Bloqçular həmçinin abunəçiləri ilə birbaşa söhbət edəcəklər. Belə ki, bu funksiya ilə 30-a qədər insan bir qrup halında iştirak edəcəklər, lakin söhbətlər 24 saatdan sonra avtomatik olaraq bitəcək.
"Instagram" bu funksiyanı artıq ABŞ-da 10 bloqçunun səhifəsində sınaqdan keçirib.