Teleqramı 8 milyonluq cərimə gözləyir



 08:59 09.08.2022     816

Telegram mesenceri 8 milyon rubl (220 000 AZN) cərimə oluna bilər.

Demedia.az xəbər verir ki, bu barədə Moskva şəhər məhkəməsi məlumat yayıb.

Bildirilir ki, mesencer Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinin (informasiya resursu sahibinin ekstremist xarakterli materialı silməməsi ) tələblərini pozmaqda ittiham edilir.

İş üzrə hazırlıq iclası avqustun 16-na təyin edilib.