"WhatsApp" istifadəçilərinə şad xəbər- YENİ FUNKSİYA GƏLİR



 21:16 17.08.2022     608

“WhatsApp”ın yeni funksiyası istifadəçilərinin ixtiyarına veriləcək.  

Demedia.az bildirir ki, sınaq müddətində olduğu deyilən bu yeni funksiyanı “WhatsApp” tezliklə elan edəcək.

Bu yeni funksiya ilə istifadəçilər “WhatsApp”ın yaratdığı avatar şəkillərini profil fotoları kimi istifadə edə biləcəklər.

Onu da qeyd edək ki, “Meta” bu yeni funksiyanı “Instagram” və “Facebook”da istifadə etməyə başlayıb.