Feybsuk, instaqram və votsap pullu olur - Sosial mediada BÖYÜK DƏYİŞİKLİK



 23:45 01.09.2022     270

“Apple” şirkətinin reklam siyasətindəki dəyişiklikdən sonra ciddi gəlirlər itirən Meta, yeni qərarlar qəbul edib.

Demedia.az xəbər verir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb. Bildirilir ki, Meta gəlirlərini artırmaq üçün feybsukda, instaqramda və votsapda ödənişli xidmətlər təklif edəcək. Hazırda sosial media istifadəçilərinin istifadə etdiyi bəzi xidmətlər də pullu ola bilər. Şirkətin təqdim etdiyi xidmətlərdən biri ödənişli abunəlikdir. Bu xidmətin detalları məlum deyil. Digər ödənişli xidmətlərdən biri izləyicilərin qarşısına çıxan reklamlarla bağlı olacaq. Sosial media istifadəçiləri ödəniş edərək, bu reklamlarla üzləşməkdən imtina edə bilər.