“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ

 11:13 05.09.2022     361

"WhatsApp" messencerinin komandası gələcək yeniləmələrdə tətbiqin təkmilləşdirilməsinə kömək etmək üçün istifadəçilərə sorğular göndərməyə başlayacaq.

Demedia.az xəbər verir ki, "WhatsApp Surveys" adlı çatda istifadəçilər messencerin yeni funksiyaları ilə bağlı suallar və rəylərini yaza biləcəklər.

Əgər istifadəçi sorğuda iştirak etməyə dəvət olunarsa, sorğunun məqsədi barədə ona məlumat veriləcək.

İstifadəçilər gələcəkdə sorğulara dəvət olunmamaq üçün "WhatsApp Surveys" çatını bloklaya biləcəklər. (publika.az)