Whatsapp-da YENİ FUNKSİYA: Artıq online olduğunuzu...
Whatsapp-a son daxilolma vaxtını digərlərindən gizlətmək imkanı mövcuddur.
Demedia.az xəbər verir ki, lakin messencerə əlavə edilmiş yeni funksiya istifadəçinin real zaman ərzində online olduğunu kimlərin görə biləcəklərini ayarlamağa imkan verir. Daha əvvəllər Mark Zuckerberg messencerdə olan end-to-end şifrələnməsinin üstünlüklərindən danışırdı. İndi isə Whatsapp-ın təhlükəsizlik sisteminə yeni bölmə əlavə edilib və həmin bölmə istifadəçinin messencerdəki online statusunu digərlərdən gizlətməyə imkan verir.
Bu əsasən arzuolunmaz şəxsi qara siyahıya əlavə etmədən onunla ünsiyyəti məhdudlaşdırmaq üçün faydalıdır. Real zaman ərzində istifadəçinin online statusunun digərlərindən gizlədilməsi funksiyasının istifadəyə veriləcəyi barəsində məlumat hələ iyul ayında ortaya çıxmışdı. İndi isə bu funksiya istifadəyə verilib. Bununla belə sözügedən funksiya messencerin təkcə beta versiyasının istifadəçiləri üçün deyil, həm də stabil versiyasının istifadəçiləri üçün aktivdir. Funksiyanın işə salınması üçün növbəti addımları atmaq lazımdır: Settings -> Account -> Privacy -> Last seen and online.
Beləliklə, Last seen and online bəndində istifadəçi öz istəyinə uyğun olaraq hamını, öz kontaktlarını, bəzi kontaktlarını və ya heç kimi seçə bilər. Bundan əlavə olaraq ortaya çıxmış məlumata əsasən messencerin test versiyasından istifadə edənlərin bəziləri Whatsapp-ın Android və iOS versiyalarında sorğular keçirdə bilirlər. Sorğulara nəzər yetirmək imkanı Whatsapp-ın artıq Windows versiyasında aktivdir. Lakin sorğuların yaradılması imkanı hələ ki, bütün istifadəçilər üçün aktiv deyil (technote.az). Hal hazırda istifadəçilərin çoxu sorğularda iştirak edə və onların nəticələrini izləyə bilirlər.