Türkiyə apreldən turistlərin qəbuluna başlayır



 23:24 05.02.2021     377

Türkiyədə yay turizm mövsümü aprel ayında başlayacaq.

Nexeber.az APA-ya istinadən bildirir ki, bunu "Haberturk"ə müsahibəsində ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.

Onun sözlərinə görə, turizm mövsümü dərhal deyil, tədricən, ilk növbədə, Aralıq dənizindən başlayacaq, daha sonra isə Egey dənizini əhatə edəcək: "Məqsədimiz yay mövsümünə aprel ayında başlamaqdır. Əsasən, Avropa ölkələrindən turistlər gözləyirik".

Nazir onu da əlavə edib ki, aprel ayının sonundan etibarən may tətilinin başlayacağı Rusiyadan qonaqların, may ayının ortalarından isə müqəddəs Ramazan ayı bitdikdən sonra yerli turistlərin axını gözlənilir.