“SpaceX” kommersiya peyk daşıyıcısını orbitə buraxıb

 11:00 04.01.2023     898

Amerikanın “SpaceX” şirkəti çərşənbə axşamı orbitə 114 kommersiya vasitəsini çıxaran “Falcon 9” raket daşıyıcısının buraxılışını həyata keçirib.

Demedia.az TASS-a istinadən xəbər verir ki, buraxılış şirkətin saytında yayımlanıb.

“Transporter-6” missiyası çərçivəsində raketin buraxılışı Kanaveral burnunda (Florida ştatı-red) buraxılış meydançasından yerli vaxtla saat 09:56-da (Bakı vaxtı ilə 18:56) baş tutub. “Falcon 9” Yer orbitinə 114 mikropeyki, digər aparatları çatdıracaq və onların yerləşdirilməsi orbitə buraxıldıqdan təxminən bir saat sonra başlayacaq.

Raket daşıyıcısının birinci mərhələsi əvvəllər 14 buraxılışda istifadə olunub. “SpaceX” əməkdaşları “Falcon 9”-un bu elementini Yerə qaytarmaq niyyətindədirlər. Ehtimal olunur ki, buraxılışdan sonra cihaz avtomatik olaraq rahat şəkildə kosmodromda yerləşən platformaya enəcək. Bu texnologiya şirkətə növbəti buraxılışların xərclərini azaltmağa imkan verir.