Pakistanın Baş naziri Kəşmirlə bağlı müraciət etdi
Pakistanın Baş naziri Şahbaz Şərif Kəşmir problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Demedia.az-ın xəbərinə görə, hökumət başçısı tviterdə yazıb ki, Cənubi Asiyada sülh və inkişaf Kəşmir mübahisəsinin həlli ilə bağlıdır.
“Mən beynəlxalq ictimaiyyəti kəşmirlilərə öz müqəddəratını həll etmək üçün qanuni hüquqlarının verilməsində öz rollarını oynamağa çağırıram”, - Ş.Şərif vurğulayıb.
Qeyd edək ki, 1947-ci ildən etibarən Kəşmir uğrunda Hindistan və Pakistan arasında mübarizə gedir. 1972-ci ilin avqustunda Dehlidə baş tutmuş Hindistan-Pakistan danışıqlarına əsasən, Kəşmirdə yeni nəzarət xətti müəyyən edilib.