Rus qoşunlarının cəmləşdiyi əraziyə zərbələr endirildi



 10:41 07.01.2023     454

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 5-də Rusiya qoşunlarının Xerson vilayətinin Qavrilovkada yerləşdirmə məntəqəsinin dağıdıldığını təsdiqləyib.

Demedia.az-ın “Ukrinform“a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

“100-ə qədər yaralı hərbçi yerli xəstəxanalara çatdırılıb. Məhv edilmiş rus hərbçiləri ilə bağlı məlumatlar dəqiqləşdirilir”, - Baş Qərargah vurğulayıb.

Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya qoşunlarının cəmləşdiyi əraziyə zərbələr endirib.