ABŞ-da sənədlərdə Türkiyənin adı yeni qaydada yazılacaq
ABŞ Dövlət Departamenti sənədlərdə Türkiyənin adının yazılışını dəyişib.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bardə Departament rəsmiləri bildirib.
Belə ki, bundan sonra Türkiyə “Turkey” deyil, “Turkiye” kimi yazılacaq, lakin tələffüz dəyişməyəcək.
Qeyd edək ki, yanvarın sonunda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Vaşinqtona səfəri nəzərdə tutulur.
Səfər çərçivəsində XİN rəhbəri Ankaranın Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyini müzakirə edəcək.