İranda dollar rekord həddə bahalaşdı
İranda davam edən etiraz aksiyaları fonunda yerli valyuta vahidinin ABŞ dolları qarşısında məzənnəsi ucuzlaşıb.
Demedia.az-ın məlumatına görə, bu barədə “Azad İran” teleqram kanalı məlumat verir.
Bildirilir ki, ABŞ dolları tümən qarşısında rekord həddə bahalaşıb. Belə ki, 1 dollar 41 min tümənə bərabər olub.