Rusiyanın Baxmutu tezliklə ələ keçirməsi mümkün deyil - Kəşfiyyat
“Rusiya Baxmuta təzyiqləri artırıb, amma şəhərin tezliklə ələ keçirilməsi mümkün deyil. Çünki Ukrayna qüvvələri müdafiə xətlərini qoruyur və təchizat yollarına nəzarət edir”.
Demedia.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.
Qeyd olunub ki, son 4 gündə Rusiya və “Vaqner” muzdlu qruplaşması Donbasın kiçik Soledar qəsəbəsində taktiki irəliləyişlərə nail olub: “Çox güman ki, Rusiya qəsəbənin böyük hissəsinə nəzarət edir. Soledar Baxmutdan 10 km şimalda yerləşir. Ona görə də qəsəbənin ələ keçirilməsi Rusiya üçün xüsusi əhəmiyyət daşıyır”.
Məlumata görə, Rusiyanın Soledar istiqamətində hərəkəti Baxmutu ələ keçirmək və Ukraynanın rabitə xətlərini pozmaq üçündür.
Qeyd edək ki, yanvarın 9-da Rusiya Soledarı ələ keçirdiyini açıqlayıb. Ukrayna Müdafiə Nazirliyi isə bunu təkzib edib.