İran parlamenti sədrinin Azərbaycana səfəri planlaşdırılır



 14:21 10.01.2023     434

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.

Bu barədə Demedia.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib. 

Səfərin dəqiq tarixi hələlik məlum deyil.

Azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışan İran parlamentinin sədri bildirib ki, son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb: “Amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”.

Xatırladaq ki, Məhəmməd Bağır Qalibafın Azərbaycana səfəri ötən ilin noyabrında planlaşdırılsa da, bu səfər təxirə salınmışdı.