Kreml Nikol Paşinyana cavab verdi



 17:21 10.01.2023     462

“Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq”.

Demedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.

Məlumata görə, KTMT-nin Birgə Qərargahı 2023-cü ildə KTMT sülhməramlı qüvvələri ilə təlimlərin məqsədəuyğun olmaması barədə Ermənistandan siqnal aldığını bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan da təlimlərin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığını söyləmişdi.