Rusiya Ukraynada hərbi əməliyyatlara komandanlığı Valeri Gerasimova tapşırdı



 09:07 12.01.2023     301

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya müdafiə naziri Sergey Şoyqu imzalayıb.

Aerokosmik Qüvvələrin Baş Komandanı, ordu generalı Sergey Surovikin, Quru Qoşunlarının Baş Komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim onun müavinləri təyin olunub.