Alyaskada zəlzələ baş verdi



 18:46 28.02.2021     425

ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib.

Nexeber.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Adak yaşayış məntəqəsindən 176 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.