İranın bu addımı vəhşilik və qorxaqlıqdır - Rişi Sunak
“İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”.
Demedia.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb.
O bildirib ki, bu, vəhşi və qorxaq hərəkətdir: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.
Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.
İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.